Tramp: Miqrant axını dayandırılmasa, Avropa mövcudluğunu itirəcək

Baş səhifə

Miqrant axını dayandırılmasa, Avropa mövcudluğunu itirəcək.

APA xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya çatdıqdan sonra hava limanında jurnalistlərlə söhbətində səsləndirib:

“İmmiqrasiyaya gəldikdə, özünüzə nəzarət etməlisiniz. Əks halda, artıq Avropadan əsər-əlamət qalmayacaq. Ciddi tədbirlər görməlisiniz”, – deyə o vurğulayıb.