
Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti
qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çəərçivəsində
2025-ci il yanvarın 1-dən iyunun 30-dək 525 nəfər xarici ölkə
vətəndaşını deportasiya edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 2,5 dəfə çoxdur.
Trend xəbər verir ki, bu
barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Gürcüstandan deportasiya olunanlar siyahısında birinci yerdə
Hindistan və İran, ikinci yerdə Çin, üçüncü yerdə isə Türkiyə
vətəndaşları dayanırlar. Əcnəbilərin deopratsiyası barədə qərarı
Miqrasiya Deprtamenti və məhkəmələr qəbul edir.
Deportasiya barədə xəbərdarlıq almış xarici ölkə vətəndaşı 10
gündən 30 günədək müddət ərzində öz vəsaiti hesabına ölkəni tərk
etməlidir. Gürcüstanı könüllü tərk etdikdə əcnəbilər yalnız
inzibati cərimə ilə üzləşirlər. Əcnəbilər Gürcüstanın səlahiyyətli
orqanı tərəfindən müəyyən edilmiş müddətdə Gürcüstanı tərk
etmədikdə, onların ölkədən çıxarılması haqqında qəbul edilmiş qərar
məcburi icra edilir. Həmin şəxslərin Gürcüstana girişi 2 ildən 5
ilədək qadağan olunur. Gürcüstana giriş qadağası ölkəni könüllü
tərk edən əcnəbilərə şamil edilmir.