
Bakı. Trend:
İyulun 25-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə
Şurasının növbəti iclası keçirilib.
Bu barədə Trend-ə SOCAR-dan bildirilib.
Qeyd edilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri
Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın
2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri
müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir
sıra məsələlərə dair məlumatlar təqdim edilib.
Bildirilib ki, SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş
və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib,
habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin
nəticələrinə baxılıb.
İclasda, həmçinin SOCAR tərəfindən icrası nəzərdə tutulan bir
sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.