
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp KXDR-in nüvəsizləşdirilməsinə nail
olmaq üçün əvvəlki kimi Şimali Koreya lideri Kim Çen Innla
qarşılıqlı fəaliyyətə hazırdır.
Trend xəbər verir
ki, bunu Ağ Ev rəsmisi “Renhap” agentliyinin jurnalistlinə
bildirib.
“Prezidentin bu hədəfləri əvvəlki kimi qüvvədədir və o Şimali
Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmaq üçün lider Kimlər
qarşılıqlı fəaliyyətə açıq qalmaqdadır”, – deyə adı açıqlanmayan Ağ
Ev rəsmisi bildirib.
O, Trampın hakimiyyəti dövründə Ağ Ev rəhbərinin Şimali Koreya
lideri ilə 3 dəfə görüşdüyünü və həmin görüşlərin Koreya
yarımdasında vəziyyətin sabitləşməsinə töhfə verdiyini və iki
ölkənin liderləri səviyyəsində nüvəsizləşdirmə haqda razılaşmanın
əldə olunmasını xatırladıb.

