Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur

Baş səhifə

“Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur”.

APA xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.

O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib:

“Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? Ukraynaya niyə silah və pul verirlərsə, o səbəbdən. Yəni, Rusiyaya ziyan vurmaq üçün. Paşinyanın da qarşısında eyni şərti qoyublar, lakin o bunu anlamır”.

Spread the love