Azərbaycan qarğıdalı idxalını 38 % azaldıb

Baş səhifə

Bu ilin I yarısında Azərbaycan 36 min 853 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 940 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 22 min 629 ton (38 %), dəyər baxımından isə 4 milyon 656 min ABŞ dolları (25 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir