PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır

Baş səhifə

Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.