Türkiyədə meşə yanğınları: xeyli sayda saxlanılanlar var

Baş səhifə

Bakı. Trend:

Türkiyədə son 2 həftə ərzində meşə yanğınlarının törədilməsi ilə
bağlı 20-ə yaxın insan saxlanılıb.

Trend türk KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri
Yılmaz Tunç açıqlayıb.

Türkiyəli nazir Bart vilayətinin Ulus rayonunda meydana gələn və
4 evin yanmasına səbəb olmuş yanğın zonasında olub.




Yanğından sonra ərazidə səlahiyyətli şəxslərdən məlumat alan
Ədliyyə naziri Tunç, jurnalistlərə açıqlamasındada bildirib ki,
yanğınlarla əlaqədar 17 nəfər həbs olunub:

“Yanğınların çıxma səbəbləri ilə bağlı Respublika
prokurorluqlarımız tərəfindən diqqətlə aparılan istintaqlar
nəticəsində 17 nəfər həbs olunub”.