Misirdən Qəzzaya 100-dən çox humanitar yardım maşını daxil olub

Baş səhifə

Cümə günü Misirdən Qəzza zolağına daha 117 humanitar yardım maşını daxil olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Yük maşınları ilə hansı növ humanitar yardımın çatdırıldığı barədə məlumat verilməyib.

Daha əvvəl telekanal bu müddət ərzində anklava un, uşaq qidası və digər ərzaq məhsulları daşıyan 161 yük maşınının daxil olduğunu bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir