
Bakı. Trend:
NASA təxirə salınmış işdən azadetmə proqramı çərçivəsində bir
neçə min əməkdaşını ixtisar etməyə hazırlaşır.
Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu
təşəbbüs Ağ Evin federal məmurların sayının azaldılması üzrə
proqramı çərçivəsində həyata keçirilir.
NASA-nın yaydığı məlumata əsasən, işdən çıxarılacaq əməkdaşların
ümumi sayı 3 870 nəfərə çata bilər.
Qeyd edək ki, 2025-ci ildə NASA əməkdaşlarına hökumətin təxirə
salınmış işdən azad etmə proqramında iştirak etmək üçün iki
mərhələli imkan təqdim olunub.
Hər iki mərhələnin yekunlarına görə, NASA-nın mülki işçilərinin
ümumi sayının təxminən 14 minə qədər azalacağı
proqnozlaşdırılır.