
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinə qələbə ilə başlayıb.
“Report” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda ilk qrup oyununda Çexiya ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 20:12 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığma növbəti matçını bu gün Slovakiyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:35-də başlayacaq.

