Avstraliya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Makkuari adasının sahillərində 6,2 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Zəlzələnin episentri Yeni Zelandiyanın təxminən 144 000 nəfər
əhalisi olan Dunedin şəhərindən 1578 kilometr cənub-qərbdə
yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.
Həmçinin sunami təhlükəsi elan olunmayıb.