Donald Tramp Kamboca və Tailand liderləri ilə müharibənin dayandırılması barədə danışıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kambocanın Baş naziri və Tailandda
Baş nazirin səlahiyyətlərini icra edən şəxslə telefon danışığı
aparıb.

Trend-in
məlumatına görə, Tramp telefon danışığı zamanı davam edən
müharibənin dərhal dayandırılmasını və atəşkəsin əldə olunmasını
tələb edib.




“Biz hazırda hər iki ölkə ilə ticarət aparırıq, lakin döyüşlər
davam edərsə, bu ölkələrlə heç bir sövdələşmə etmək istəmirik. Mən
onlara da bunu açıq şəkildə bildirdim”, – deyə ABŞ Prezidenti
vurğulayıb.

Tramp əlavə edib ki, “Tailand da Kamboca kimi dərhal atəşkəs və
sülh əldə etmək niyyətindədir. İndi bu mesajı Kambocanın Baş
nazirinə də çatdıracağam. Hər iki tərəflə danışdıqdan sonra
atəşkəs, sülh və firavanlıq real görünür”.

Spread the love