Böyük Britaniya Qəzzaya humanitar yardım proqramlarında iştirak etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması
üçün beynəlxalq proqramlarda iştirak etməyi nəzərdə tutur.

Trend-in xarici
KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın
Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və
Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı
bildirib.




Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan çatdırmaq
və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək məqsədilə
İordaniya kimi tərəfdaşlarla əməkdaşlıq planlarını açıqlayıb.
Planın təfərrüatları isə hələ açıqlanmayıb.

Məlumata görə, üç ölkənin liderləri Qəzza və Ukraynadakı
vəziyyəti müzakirə edib, həmçinin İranın nüvə proqramı məsələsinə
toxunublar. Starmer, Makron və Merts İranın Atom Enerjisi üzrə
Beynəlxalq Agentliklə əməkdaşlıq etməməsi və diplomatik danışıqlara
qayıtmaması halında sanksiyaların avqustun sonunda bərpa
ediləcəyinə dair razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir