Böyük Britaniya və Avstraliya nüvə sualtı qayıq tərəfdaşlığı sazişi imzalayıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya və Avstraliya nüvə sualtı qayıqlarının tikintisi
və istismarı üzrə 50 illik ikitərəfli tərəfdaşlıq sazişi
imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında
məlumat verilib.

Sənədi Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili
və avstraliyalı həmkarı Riçard Marles imzalayıblar. Komünikedə qeyd
olunur ki, saziş “SSN-AUKUS sinifli sualtı qayıqların
layihələndirilməsi, tikintisi, istismarı, texniki xidməti və
istismardan çıxarılması sahəsində hərtərəfli əməkdaşlığı təmin
edəcək”.




Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ arasında olan AUKUS
üçtərəfli tərəfdaşlığına əsaslanır.

İkitərəfli sazişin əsas məqsədi müdafiə sektorundan iqtisadi
inkişafın mühərriki kimi istifadə edərək onilliklər ərzində
Avro-Atlantik və Hind-Sakit Okean regionlarında sabitlik və
təhlükəsizliyi qorumaqdır.