Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib

Baş səhifə

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

“Report” xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.

Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub – 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.

Spread the love