Pentaqonda məlumat sızmalarına görə poliqraf yoxlamaları dayandırılıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Müdafiə naziri Pit Heqsetin mətbuata məlumat sızdıran
şəxsləri aşkar etmək məqsədilə yaxın ətrafını poliqraf (yalan
detektoru) yoxlamasından keçirməsi Ağ Evin müdaxiləsi ilə
dayandırılıb.

Trend-in
Washington Post qəzetinə istinadən verdiyi məlumata görə, Ağ Ev bu
yanaşmanı uyğun hesab etməyərək Heqsetə poliqraf istifadəsini
dayandırmaq göstərişi verib.

Xatırladaq ki, 2024-cü ilin aprel ayında Prezident Donald
Trampın administrasiyası bir neçə ciddi informasiya sızması ilə
qarşı-qarşıya qalmışdı. Mətbuata yayılan gizli məlumatlar xüsusilə
Pentaqon daxilində böyük rezonansa səbəb olub.




Nəticədə, Müdafiə Nazirliyində bir sıra yüksək vəzifəli şəxslər
vəzifədən azad edilib. Onlar arasında Müdafiə nazirinin müavini
Kolin Kerroll, nazirin aparat rəhbərinin müavini Darin Selnik,
katibin müşaviri Den Kolduel və nazirliyin keçmiş mətbuat katibi
Con Elliott da yer alıb.

Hadisə Tramp administrasiyasında informasiya təhlükəsizliyi və
daxili etimad məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir