Rusiya və Ukrayna liderlərinin görüşü üçün danışıqlar davam edir – Hakan Fidan

Baş səhifə

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin həlli
istiqamətində liderlərin bir araya gəlməsi üçün danışıqlar davam
etdirilir.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan
Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci
toplantısından sonra mətbuata verdiyi açıqlamada bildirib.

Nazir qeyd edib ki, son günlərdə tamamlanan üçüncü raund
danışıqlarda əsas gündəm maddələrindən biri məhz liderlərin görüşü
olub:




“Bu günə qədər danışıqlar üç əsas istiqamət üzrə aparılıb:
humanitar məsələlər, atəşkəs və liderlərin görüşü. Hər görüşdə daha
çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa
gəlinir. Hazırda isə liderlərin görüşünün vaxtı və formatı ilə
bağlı müzakirələr davam edir”.

Nazir həmçinin Balkan Sülh Platformunun iclası barədə də
danışıb. Onun sözlərinə görə, toplantıda ölkələrin Avropa
İttifaqına inteqrasiyası, regional əməkdaşlıq və ortaq maraqlar
əsasında atıla biləcək addımlar müzakirə edilib.

Hakan Fidan vurğulayıb ki, Türkiyə həm beynəlxalq vasitəçi, həm
də bölgədə sülhün və sabitliyin təminatçısı kimi bu prosesdə fəal
iştirakını davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir