Macarıstanda son 100 ilin ən isti günü qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

İyulun 26-da Macarıstanda son 100 ildən artıq müddətdə ən yüksək
temperatur qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin yerli KİV-ləri məlumat
yayıb.




Sarkad Malomfok meteoroloji stansiyasının məlumatına əsasən,
Macarıstanın cənub-şərqində yerləşən bu ərazidə hava 41,3°C-yə
qədər qızıb. Bu göstərici 2021-ci ildə qeydə alınmış gündəlik
maksimum temperaturu – 40,4°C-ni üstələyib və ölkədə bütün
zamanların temperatur rekorduna – 41,9°C-yə – cəmi 0,6 dərəcə
fərqlə yaxınlaşıb.

Hazırda ölkədə hava şəraiti şərq və qərb arasında kəskin
fərqlənir. Şərq bölgələrində insanlar ekstremal isti ilə üzləşir,
qərbdə isə nisbətən mülayim yay havası müşahidə olunur. Qərb
hissəsində temperatur gündüz saatlarında 22°C-yə qədər
yüksəlir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir