
Bakı. Trend:
Rumıniyada şənbə və bazar günləri hava şəraitinin daha da isti
keçəcəyi gözlənilir.
Trend-in “Digi24”ə
istinadən verdiyi məlumata görə, ölkənin meteorologiya idarəsi
iyulun 26-dan etibarən cənub bölgələri üçün “qırmızı” səviyyədə
isti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Qeyd olunur ki, bəzi
ərazilərdə temperatur gündüz saatlarında 43°C-yə çatacaq və 45-46°C
kimi hiss oluna bilər.
Paytaxt Buxarestdə də 42°C-yə qədər istilik proqnozlaşdırılır.
Gecələr isə havanın temperaturu 25-22°C-dən aşağı düşməyəcək.
Ən isti gün şənbə olacaq. Lakin yüksək temperatur şəraiti bazar
və bazar ertəsi də bir çox bölgələrdə davam edəcək.
İsti hava dalğasının ardınca ölkənin əksər ərazilərində leysan
yağışlar, tufan və dolu müşahidə olunacağı gözlənilir.
Meteoroloqlar əhalini diqqətli olmağa və rəsmi qurumların
xəbərdarlıqlarına əməl etməyə çağırıb.

