
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) quruda əsaslı nüvə silahı
daşıya bilən raketlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulan 934
milyon dolları, ehtimal ki, Qətər tərəfindən sabiq prezident Donald
Trampa hədiyyə edilən Boeing 747-8 təyyarəsinin
modernləşdirilməsinə yönəldib.
Trend xəbər verir
ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, təxminən 400 milyon dollar dəyərində olan
təyyarənin təkmilləşdirilməsi layihəsi ilə bağlı vəsaitin tam
şəkildə bu məqsədə sərf olunub-olunmayacağı hələ də qeyri-müəyyən
olaraq qalır. Bununla belə, ABŞ administrasiyasının rəsmiləri
“NYT”yə anonim şəkildə bildiriblər ki, Qətərin hədiyyə etdiyi
təyyarənin prezident təyyarəsinə çevrilməsi üçün vəsait nüvə
silahlarının modernləşdirilməsi üçün ayrılmış büdcədən təmin
olunacaq.
Qəzet qeyd edir ki, Boeing 747-8 təyyarəsinin yenidən qurulması
prosesi bir ildən iki ilə qədər vaxt apara bilər.