
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələri yaxın gələcəkdə ABŞ-dən yüz
milyardlarla dollar dəyərində silah almağa razılıq verib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa
Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşündən sonra
açıqlama verib.
“Onlar böyük miqdarda hərbi texnika almağa razılaşıblar. Söhbət
nə qədər puldan getdiyini bilmirik, lakin bu, yaxşı xəbərdir, çünki
biz dünyanın ən yaxşı hərbi texnikasını istehsal edirik”, – Tramp
bildirib.
O əlavə edib ki, Avropa ölkələri yüz milyardlarla dollar
dəyərində hərbi texnika almağa hazırlaşır və bu, ABŞ müdafiə
sənayesi üçün önəmli perspektivlər açır.