Çin “SatNet” peyk interneti üçün aşağıorbitli peyklər qrupunu orbitə buraxıb

Baş səhifə

Bakı. Trend:

Çin “SatNet” layihəsi çərçivəsində aşağıorbitli peyklər qrupunu
uğurla orbitə çıxarıb.

Trend xəbər verir
ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 18:03-də (Bakı
vaxtı ilə 14:03) Şansi əyalətinin şimalında yerləşən Tayyuan
kosmodromundan həyata keçirilib. Buraxılışda CZ-6A (“Çançjen-6-ei”)
tipli daşıyıcı raketdən istifadə olunub. Bu, “Çandjon” seriyalı
raketlərin 585-ci buraxılışıdır.




Qeyd olunur ki, modifikasiya edilmiş iki mərhələli CZ-6A raketi
50 metr uzunluğa malikdir və ekoloji cəhətdən təmiz yanacaq –
kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket dörd bərk
yanacaq gücləndiricisi ilə təchiz olunub və günəşlə sinxron orbitə
(500 km hündürlükdə) təxminən 6,5 ton faydalı yük çıxarmaq imkanına
malikdir.

Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ilə birgə
hazırlanıb.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir