
Bakı. Trend:
ABŞ Avropa İttifaqı (Aİ) ilə yeni ticarət sazişi imzalayıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa
Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra
açıqlama verib.
Trampın sözlərinə görə, razılaşmaya əsasən, Aİ ABŞ-dən 750
milyard dollar dəyərində enerji resursları almağa və ABŞ
iqtisadiyyatına əlavə olaraq 600 milyard dollar investisiya
yatırmağa razılıq verib.
Yeni saziş Aİ-yə 30%-lik gömrük rüsumlarından yayınmaq imkanı
yaradacaq. Razılaşmaya əsasən, ABŞ Aİ-dən idxal olunan mallara, o
cümlədən avtomobillərə 15% gömrük rüsumu tətbiq edəcək, Brüssel isə
öz bazarlarını ABŞ məhsullarına sıfır tariflərlə açacaq.