Türkiyədə meşə yanğınları səbəbindən 3500-dən çox insan təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar
günü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və
3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub.

Trend xəbər verir
ki, bu barədə məlumatı yerli KİV-lər yayıb.

Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlarda
gecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri ilə
sürətlə yayılıb.

Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib
ki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfər
təhlükəsiz şəkildə təxliyə olunub.




Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləri
tam şəkildə təxliyə edilmişdi. Bu gün isə daha dörd yaşayış
məntəqəsi – Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca kəndlərinin də
boşaldılmasına qərar verilib.

Bursa meri Mustafa Bozbəy bildirib ki, bir yanğınsöndürən
xidməti vəzifəsini yerinə yetirərkən ürək tutmasından dünyasını
dəyişib. O əlavə edib ki, alov şəhərin ətrafında təxminən 3000
hektar ərazini əhatə edib.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.