“Çelsi”nin qapıçısı “Strasburq”a keçir

Baş səhifə

İngiltərənin “Çelsi” klubunun qapıçısı Mayk Penders yaxın zamanda icarə əsasında Fransanın “Strasburq” klubuna qoşulacaq.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Qeyd edək ki, hər iki adıçəkilən klubda “BlueCo” şirkəti paya sahibdir.

Klublar oyunçunun mümkün transferini müzakirə edir.

Penders ötən yay “Genk” klubundan “mavilər”in sıralarına keçib, lakin ötən mövsüm icarə əsasında Belçika komandasında çıxış etməyə davam edib.

2024/2025 mövsümünün 35 matçında Mayk 42 qol buraxıb və doqquz dəfə qapısını toxunulmaz saxlayıb.

Pendersin transfer dəyəri 12 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir