
Bakı. Trend:
Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 74 yaşında vəfat
edib.
Trend xəbər verir
ki, bu barədə Fransanın Sceneweb xəbər portalı məlumat yayıb.
Aktyorun ölüm səbəbi hələlik açıqlanmır.
Jan-Pol Dübua öz aktyorluq karyerasına 1970-ci illərdə başlamış
və bir sıra tanınmış ekran işlərində rol almışdı. O, xüsusilə
“Target” (1985), “Vidocq” (2001) və “Fanfan La Tulipe” (2003)
filmlərindəki çıxışları ilə tamaşaçıların yaddaşında qalıb.

