ABŞ Kamboca və Tailand arasında atəşkəs danışıqlarında iştirak edəcək – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin nümayəndələri Kamboca və Tailand
arasında Malayziyada keçiriləcək atəşkəsə dair yüksək səviyyəli
danışıqlarda iştirak edəcək.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat
yayıb.

O bildirib ki, Dövlət Departamentinin rəsmiləri bölgədə sülhün
bərqərar olunması istiqamətində səylərə dəstək vermək məqsədilə
Malayziyada danışıqlarda iştirak edəcəklər.




“Həm Prezident Tramp, həm də mən hər iki ölkədəki
həmkarlarımızla daimi əlaqə saxlayırıq və vəziyyəti çox diqqətlə
izləyirik. Biz bu münaqişənin tez bir zamanda sona çatmasını
istəyirik”, – deyə Rubio əlavə edib.

Qeyd edək ki, bölgədəki gərginlik son vaxtlar artıb və
beynəlxalq ictimaiyyət atəşkəsin əldə olunması üçün diplomatik
səyləri gücləndirib.

Spread the love