
Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində 5,2 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka bölməsi Telegram kanalında məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 99
kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 52 kilometr
dərinlikdə qeydə alınıb.
Şəhərin müxtəlif hissələrində yaşayan sakinlər sosial
şəbəkələrdə və mesaj şərhlərində zəlzələni hiss etdiklərini
bildiriblər. Hazırda hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar
barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları və
seysmoloqlar vəziyyəti izləyir.