ABŞ ilə bağlanmış ticarət müqaviləsi Avropanın fiaskosudur – Marin Le Pen

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonla Brüssel arasında bağlanmış ticarət müqaviləsi Avropa
üçün fiaskodur.

Trend xəbər verir
ki, bu barədə Fransanın “Milli Cəbhə” partiyasının parlament
fraksiyasının lideri Marin Le Pen “X” səhifəsində yazıb.

“Ursula fon der Lyayenlə Donald Tramp arasında bağlanmış ticarət
müqaviləsi siyasi, iqtisadi və əxlaqi fiaskodur”, – Le Pen qeyd
edib.




O, belə bir assimetrik sövdələşmədən sonra Avropa İttifaqının
suverenliyinin yox olacağını vurğulayıb.

Fransanın Milli Assambleyasında (parlamentin aşağı palatası) “Milli Birlik” partiyası 577 yerdən 123-nə sahib olmaqla, ən böyük
təkpartiyalı fraksiyaya malikdir.

Xatırladaq ki, bazar günü ABŞ prezidenti Donald Tramp Avropa
Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra ABŞ
və Avropa İttifaqının idxal rüsumları ilə bağlı ortaq məxrəcə
gəldiklərini elan etdi: ABŞ-yə idxal olunan bütün Avropa mallarına
15% gömrük rüsumu tətbiq ediləcək, bunun müqabilində Aİ Amerika
mallarına tarif tətbiq etməyəcək. Buna qədər Tramp administrasiyası
Aİ-dən olan bütün ixraca 30% həcmində yeni ticarət tarifləri tətbiq
etmək niyyətində olduğunu bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir