Rusiya-Ukrayna müharibəsində yeni ərazilər ələ keçirilir

Baş səhifə

Rusiya daha 2 kəndi ələ keçirib.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Zelyonıy Qay və Dnepropetrovsk bölgəsindəki Maliyevka yaşayış məntəqələrini öz nəzarətinə keçirib. 

Eyni zamanda Ukrayna tərəfi də müəyyən irəliləyiş əldə edib. Ukrayna Ordusu Sumı vilayətində yerləşən Kondratyevka kəndini işğaldan azad etdiyini açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında qeyd edib ki, Rusiya ordusunun Sumı bölgəsi ilə bağlı niyyətlərinin qarşısı alınıb:




“Rusiya ərazisində cavab əməliyyatları həyata keçirilir” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, son sutka ərzində cəbhə bölgəsində ümumilikdə 51 qarşıdurma qeydə alınıb. Döyüşlər demək olar ki, bütün istiqamətlərdə intensiv şəkildə davam edir.

Asya
Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir