
Tailandın paytaxtı Banqokda bazarda baş verən atışma nəticəsində ən azı altı nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Bu barədə “Report” “Al Arabiya”ya istinadən xəbər verir.
Mənbənin verdiyi məlumata görə, silahlı şəxs atəş açaraq ən azı altı nəfəri, o cümlədən dörd mühafizəçini öldürüb. Bir nəfər yaralanıb.
“Polis cinayətin səbəblərini araşdırır”, – hadisənin baş verdiyi Banq-Su rayonunun polis rəisinin müavini bildirib.
“İstintaq hücum edən şəxsin Tailand və Kamboca arasında son sərhəd toqquşmaları ilə bağlı olması ehtimalını araşdırır”, – polis nümayəndəsi bildirib.
İlkin məlumatlara görə, şübhəli şəxs hadisə yerində özünü öldürüb, onun şəxsiyyəti müəyyənləşdirilir.
Tailandın paytaxtı Banqkokda atışma nəticəsində ən azı 4 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “News18” məlumat yayıb.
Atışmanın səbəbləri dəqiqləşdirilməyib.