Tailandda Kamboca ilə silahlı münaqişə qurbanlarının sayı 22-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Tailandda Kamboca ilə sərhəd bölgələrində baş verən silahlı
toqquşmalar nəticəsində ən azı 14 dinc sakin və 8 hərbçi həlak
olub, daha 140 nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Tailand hökumətinin bəyanatında bildirilir.




Bəyanata əsasən, hərbçilər arasında 103 nəfərin yaralandığı
qeydə alınıb. Sərhəd ərazilərindən təxliyə olunan yerli sakinlərin
sayı 139,6 min nəfəri keçib. Ən çox insan Sisaket, Surin və
Ubonraçatxani əyalətlərini tərk edib.

Xatırladaq ki, silahlı toqquşmalar 24 iyul Kamboca-Tailand
sərhədi boyunca, mübahisəli sərhəd zonası yaxınlığında yerləşən
Oddar-Miençey vilayətində başlayıb.