Bəxtiyar Zaynutdinov “Beşiktaş”dan “Dinamo” Moskvaya keçib

Baş səhifə

“Beşiktaş”da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Bəxtiyar Zaynutdinov komandanı tərk edib.

O, karyerasını “Dinamo”da davam etdirəcək.

Bunu Moskva klubunun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb. Futbolçu yeni komandasında 19 nömrəli formada çıxış edəcək.

Rusiya təmsilçisi keçid üçün “Beşiktaş”a 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, Zaynutdinov ötən mövsüm 9 matçda meydana çıxıb.

Spread the love