Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ən iri üç təbii
qaz tədarükçüləri arasında mövqeyini möhkəmləndirib.

Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)
istinadən xəbər verir.

2025-ci ilin may ayında Türkiyə Azərbaycandan 1,057 milyard kub
metr həcmində təbii qaz idxal edib ki, bu 2024-cü ilin may ayındakı
1,009 milyard kub metrlə müqayisədə 4,80 faiz çoxdur.




Beləliklə, Azərbaycan Rusiyadan sonra Türkiyənin boru kəməri ilə
qaz tədarükçüləri arasında ikinci yeri tutaraq aylıq tədarük
həcminə görə İran İslam Respublikasını geridə qoyub

Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 791,74 milyon
kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə (593,49 milyon kubmetr) 33,40 faiz artım deməkdir.
Rusiya Federasiyası isə ən iri tədarükçü statusunu qoruyaraq
2025-ci ilin mayında Türkiyəyə demək olar ki, 1,193 milyard kubmetr
təbii qaz ixrac edib. Halbuki ötən ilin eyni ayında bu göstərici
734,41 milyon kubmetr təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin may ayında Türkiyənin təbii qaz idxalı
3,539 milyard kubmetrə çataraq 2024-cü ilin eyni dövrü ilə
müqayisədə (2,882 milyard kubmetr) 22,79 faiz artıb. Boru kəməri
ilə təbii qaz idxalı 3,161 milyard kubmetr təşkil edib (35,30 faiz
artım), maye təbii qaz idxalı isə 30,79 faiz azalaraq 377,81 milyon
kubmetr olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir