
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”la (Moldova) qarşılaşacaq “Sabah”ın oyununa 3000 bilet satılıb.
“Report” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.

