Tramp Rusiyaya verdiyi ultimatumun müddətini azaldıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin
qərarlarına görə “çox məyus olduğunu” və bununla əlaqədar Ukrayna
münaqişəsinin nizamlanması üçün Moskvaya verdiyi ultimatum
müddətini azaltdığını bəyan edib. Ultimatumun müddəti sentyabr
ayının 1-də başa çatmalı idi.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Mən prezident Putinlə dörd, ya da beş dəfə söhbət etmişəm,
ondan sonra isə Ukrayna şəhərlərinə, o cümlədən, Kiyevə raketlər
buraxdı. Bu, belə olmamalıdır. Mən prezident Putinin verdiyi
qərarlara görə çox məyus olmuşam. Baxaq görək, vəziyyət necə
inkişaf edəcək. Mən müddəti 50 gün azaldacağam, çünki bunun necə
qurtaracağını indidən bilirəm”, – deyə Tramp britaniyalı baş nazir
Kir Starmerlə görüşü zamanı deyib.

Spread the love