
Bakı. Trend:
Paris Prokurorluğu Suriya Respublikasının sabiq prezidenti Bəşər
Əsədə qarşı yeni beynəlxalq həbs orderinin verilməsini tələb
edib.
Trend xəbər verir
ki, bu barədə “Agence France-Presse” (AFP) prokurorluğun bəyanatına
istinadən məlumat yayıb.
Prokurorluq “insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə
iştirak ittihamı üzrə həbs orderinin verilməsini və onun beynəlxalq
miqyasda yayılmasını” istəyib.
2025-ci il iyulun 26-da Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə
qarşı əvvəlki həbs orderini ləğv etmişdi.
Fransa ilk beynəlxalq həbs orderini 2023-cü ilin noyabrında
vermişdi. Həmin vaxt siyasətçi 2013-cü ildə baş vermiş kimyəvi
hücumda iştirakda ittiham olunurdu. İkinci order isə 2025-ci ilin
yanvarında verilib – bu dəfə Əsədə 2017-ci ildə Dəraada həyata
keçirilmiş bombardmanlara görə hərbi cinayətlərdə iştirakı ittihamı
irəli sürülmüşdü.