Hikmət Hacıyevlə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini arasında telefon danışığı olub

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, telefon danışığında Hikmət Hacıyev son hadisələr zamanı həlak olanlarla bağlı İrana Azərbaycanın başsağlığını çatdırıb.

Həmçinin, iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri zamanı burda təhsil alan iranlı tələbələrlə bağlı müzakirələr aparıldığı da xatırlanıb. Həmin müzakirələrdəki razılaşmaların davam etdirilməsi qərara alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir