Əkrəm İmamoğlunun magistr diplomu ləğv edildi

Baş səhifə

Bakı. Trend:

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm
İmamoğlunun magistr diplomu ləğv edilib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Əkrəm İmamoğluna İstanbul Universitetindən təqdim
edilmiş diplom sənəd çatışmazlığı və aşkar səhvlər səbəbindən ləğv
olunub.




Həmçinin, İmamoğlunun İstanbul Universitetinə köçürülərkən
qanunsuzluqların yol verildiyi qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Ə.İmamoğlunun universitet
diplomu (bakalavr pilləsi) da ləğv olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir