“Arsenal”ın futbolçusu klubu ilə yeni müqavilə bağlamağa hazırdır

Baş səhifə

İngiltərə Premyer Liqası təmsilçisi “Arsenal”ın müdafiəçisi Vilyam Saliba klubla olan müqavilə müddətini artırmağa hazırdır.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə futbolçu özü müsahibəsində deyib.

O, “topçular”ın heyətində özünü xoşbəxt hiss etdiyini, karyerasını bu komandada davam etdirmək istədiyini bildirib.

Qeyd edək ki, Vilyam Salibanın “Arsenal”la olan müqavilə müddəti 2027-ci ildə başa çatacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir