
Bakı. Trend:
BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Fələstin
məsələsi və iki dövlətli həllin icrası ilə bağlı yüksəksəviyyəli
konfrans keçirilir.
Trend-in
məlumatına görə, konfrans Fransa və Səudiyyə Ərəbistanının
həmsədrliyi ilə baş tutub.
Baş Assambleyanın mandatı altında üç gün davam edəcək konfrans
çərçivəsində plenar iclas, işçi qruplarının görüşləri təşkil
olunacaq, BMT-nin yüksəksəviyyəli rəsmilərinin və üzv dövlətlərin
çıxışları dinləniləcək.