Tayland və Kamboca atəşkəs və sülhə nail olub – Tramp

Baş səhifə

Bakı. Trend:

Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Tayland və Kamboca
atəşkəs və sülhə nail olub.

Trend-in
məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.




O, hər iki ölkənin rəhbərliyi ilə telefonla danışdığını bildirib
və hər kəsi təbrik edib.

“Bu müharibəyə son qoymaqla biz minlərlə insanın həyatını xilas
etdik. Mən komandama ticarətlə bağlı danışıqları yenidən başlatmağı
tapşırdım. Cəmi altı ay ərzində bir çox müharibələrə son qoymuşam.
Sülh prezidenti olmaqdan qürur duyuram”, – deyə Tramp əlavə
edib.