
Bakı. Trend:
ABŞ-nin Nevada ştatının Reno şəhərində naməlum şəxs kazinoda
atəş açıb, bir neçə nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər
verib.
Məlumata əsasən, bir neçə nəfər güllə yarası alıb. Atəş açan
şəxs saxlanılaraq xəstəxanaya aparılıb.
Hadisənin səbəbləri, həmçinin zərərçəkənlərin dəqiq sayı və
sağlamlıq durumu barədə hələki məlumat verilməyib.