
Bakı. Trend:
Türkiyə Ukraynadakı vəziyyəti həll etmək və Rusiya ilə Ukrayna
arasında sülhə nail olmaq üçün fəaliyyətini davam etdirir.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Nazirlər Kabinetinin iclasından sonra deyib.
Onun sözlərinə görə, tərəflər arasında Türkiyənin təşkil etdiyi
danışıqlar davam edəcək.
Türkiyə Prezidenti bildirib ki, yaxın bölgədə davam edən
böhranlara, qarşıdurmalara, müharibələrə və gərginliyə baxmayaraq,
Türkiyə sülh diplomatiyasının sürətini artırıb.
“Taxıl dəhlizi razılaşması, əsir mübadiləsi və İstanbul, Antalya
kimi şəhərlərimizdə aparılan danışıqlar bizim sülhə inamımızın
nəticəsidir”, – deyə o əlavə edib.
“Mən hər fürsətdə vurğulayıram ki, biz liderlər səviyyəsində
görüş keçirməyə hazırıq. Türkiyənin səmimi istəyi odur ki,
İstanbulda danışıqlar masası qurulduğu kimi, yaxın gələcəkdə
Türkiyədə də sülh masası qurulsun və bu qanlı müharibə bitsin”, –
deyə R.T.Ərdoğan bildirib.