
Bakı. Trend:
ABŞ-ın Milli Kosmik Agetliyinin – NASA-nın təxminən 4000 nəfər
əməkdaşı istefa ərizəsi yazıb.
Trend-in
məlumatına görə, bu barədə Amerika mediası məlumat yayıb.
Bildirilib ki, bu hadisə Prezident Donald Tramp
administrasiyasının federal xərclərin azaldılması proqramı
çərçivəsində baş verib. Digər mənbələrin məlumatına əsasən, 3870
nəfər və ya NASA əməkdaşlarının 20 faizindən çoxu işdən çıxmaq üçün
ərizə yazıb. Agentlikdə ümumilikdə təxminən 18 min nəfər işləyir.
İxtisar proqramında könüllü iştirakla bağlı ərizələrin təqdim
olunması üçün son tarix ötən cümə günü başa çatıb.
Tramp administrasiyası bildirib ki, oktyabrda başlayacaq yeni
maliyyə ilində NASA-nın büdcəsi ötən illə müqayisədə 24 faiz
azaldılacaq.