
Bakı. Trend:
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korupsiya
istintaqı çərçivəsində daha 25 nəfər barəsində həbs qərarı
çıxaırlıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
İstanbul Baş Prokurorluğu Əziz İhsan Aktaş cinayət təşkilatına
qarşı aparılan istintaq çərçivəsində bir sıra tenderlərdə
saxtakarlıq edildiyi iddiası ilə belə bir qərar verib.
Şübhəlilərin İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və
Giresun şəhərlərində saxlanılması üçün əməliyyatlara
başlanılıb.
Həbs edilən şəxslərdən bəziləri aşağıdakılardır:
İrfan Demet – Baş direktor
Kazım Taylan Sever – Nəqliyyat Vasitələrinin Baxım və Təmir
İdarəsinin rəhbəri
Halil İbrahim Kaya – İkitelli Qarajının müdiri
Ali Haydar Topçu – Mühasibat müdiri
Şeymus Oral – Maliyyə İşləri İdarəsinin rəhbəri