
Bakı. Trend:
Rumıniyada dağıdıcı daşqınlar nəticəsində azı 7 nəfər həyatını
itirib.
Trend bu barədə
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Rumıniyanın Suçeva rayonunda daşqın sularında azı
3 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb.
Sel bölgənin yaşayış evlərinə, yollarına, sosial-məişət
infrastrukturuna ciddi ziyan vurub.
Nyats rayonunda isə 290-dan çox təsərrüfata ziyan dəyib, 890-dan
çox sakin təxliyə olunub.

