Xıdırlı sakini: Əhalinin qayıdışı ilə kəndin bütün müsbət ənənələri bərpa olunacaq

Baş səhifə

Ağdam rayonunun Xıdırlı kənd sakini əhalinin qayıdışı ilə müsbət ənənələrin bərpa olunacağını bildirib.

Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Xıdırlı kənd sakini Qurban Mustafayev danışıb.

O, sakinlərin kəndə qayıdışı ilə çoxillik həsrətə son qoyulduğunu vurğulayıb:

“Xıdırlı Ağdamın ən böyük kəndlərindən biridir. İşğaldan sonra kəndin sakinləri müxtəlif rayonlarda məskunlaşdılar. Camaatımız yalnız xeyir və yas mərasimlərində bir-birini görürdülər. Amma indi uzun illərin həsrəti sona çatdı.

Şükür, kənd camaatı yenidən birlikdədir. Ən əsası, daha övladlarımız da bir-birlərini tanıyıb mehriban qonşulara çevriləcəklər. Əhalinin qayıdışı ilə kəndimizin bütün müsbət ənənələri də bərpa olunacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir