Tailand və Kamboca təmas xəttinə qoşun yeritməyəcək: razılaşma əldə olunub

Baş səhifə

Bakı. Trend:

Tailand və Kamboca ordularının nümayəndələri aparılan
danışıqlarda təmas xəttinə müvəqqəti olaraq qoşunlar yerləşdirməmək
barədə razılığa gəliblər.

Trend xəbər verir
ki, bu barədə Tailand KİV-ləri məlumat yayıb.

Tailand Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Vintay Suvari
bildirib ki, tərəflər bundan başqa atəşkəsin müvəqqəti tətbiqi,
hərbi səfərbərliyin dayandırılması və fövqəladə hallarda qarşılıqlı
kommunikasiya kanallarının açılması barədə razılığa gəliblər.




Hər iki tərəf – Tailand və Kamboca müdafiə nazirlərinin
görüşünədək hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Bu
görüş Tailand-Kamboca Baş Sərhəd Komitəsinin avqustun 4-də
Kambocanın paytaxtı Pnompendə keçirilməsi planlaşdırılan iclası
çərçivəsində baş tutacaq.

Bundan əvvəl,Tailand və Kamboca ordularının nümayəndələri
imzalanmış atəşkəs sazişinin icrası üzrə danışıqlara
başlamışdılar.

Qeyd edək ki, Tailand və Kamboca arasında baş verən
toqquşmalarda azı 35 nəfər həlak olub, 300 mindən çox insan təxliyə
olunub.

Spread the love